10-cu Qəbələ Bilik Olimpiadası II-IX siniflər
Ümumi müddəalar:
1. Olimpiada yalnız Azərbaycan bölməsi üçün nəzərdə tutulmuşdur.
2. Olimpiadada iştirak valideynin razılığı əsasında könüllü və ödənişsizdir.
3. Olimpiadanın müxtəlif məktəbləri təmsil edən istedadlı (əlaçı) şagirdlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulmuşdur.
4. İştirak etmək arzusunda olan şagirdlər ilk növbədə təhsil aldıqları məktəbdə sinif rəhbərinə və ya məktəb rəhbərliyinə müraciət etməlidir.
5. Qeydiyyat yalnız məktəbi təmsil edən məsul şəxsin müraciəti əsasında həyata keçirilir.
6. Məktəbi təmsil edən məsul şəxs məktəbin nömrəsini, şagirdin adını, soyadını, ata adını və əlaqə nömrəsini göstərməklə şagirdi qeydiyyatdan keçirə bilər.
7. Şagirdlərin adı yerləşdirmə siyahısına daxil edildikdən sonra ünvan, imtahan binası, zal kodu, iş nömrəsi, olimpiadanın keçiriləcəyi tarix və başlanma saatı göstərilmiş buraxılış vərəqələri məktəblərə təqdim olunur.
8. İştirakçı şagird sayından asılı olaraq qeydiyyat müəyyən olunmuş tarixdən əvvəl dayandırıla bilər.
9. İştirakçıların məktəbli geyimində gəlmələri və gələrkən buraxılış vəsiqələrini mütləq şəkildə özləri ilə gətirmələri xahiş olunur.

1. Olimpiada II, III və IV siniflər üzrə 50 sual, V, VI, VII, VIII və IX siniflər üzrə isə 100 sualdan ibarət olmaqla test üsulu ilə həyata keçirilir.
2. Suallar mövcud dərsliklər nəzərə alınmaqla hazırlanır və sentyabr–aprel ayları arasında keçirilən proqramı əhatə edir.
3. Şagirdlərin sualları cavablandırması üçün 3 saat vaxt ayrılır. Hər sual 1 balla qiymətləndirilir. Hər fənn daxilində 1 səhv test doğru testin dəyərinin ¼ hissəsini silir (4 səhv 1 düzü “aparır”).
4. Nəticələr 10 gün müddətindən gec olmayaraq elan ediləcək.
5.Nəticələr elan olunduqdan sonra hər hansı bir şikayət yaranarsa, 1 həftə ərzində olimpiada təşkilatçılarına müraciət etməyiniz xahiş olunur. Əks halda şikayətlər nəzərə alınmayacaq.
6.Olimpiada qalibləri müəyyən edildikdən sonra mükafatların təqdim olunma vaxtı və yeri barədə əlavə məlumat veriləcək

1. İştirakçı sertifikatı: Bütün iştirakçılar
2. Təltifnamə: Hər bir sinif üzrə ilk 10 şagird (cəmi 80 nəfər)
3. Qəbələ Abituriyent Hazırlıq Mərkəzinin növbəti tədris ilində planlaşdırdığı bütün sınaq imtahanlarında ödənişsiz iştirak etmək hüququ: Hər bir sinif üzrə ilk 5 şagird (cəmi 40 nəfər)
4. Qəbələ Abituriyent Hazırlıq Mərkəzinin təşkil edəcəyi “qəbul‑güzəşt” imtahanında iştirak etmək hüququ: Bütün iştirakçılar (Valideynin və ya şagirdin müraciəti əsasında)
5. Qəbələ Abituriyent Hazırlıq Mərkəzində güzəştli şərtlərlə təhsil almaq hüququ: Hər bir sinif üzrə ilk 25 şagird (cəmi 200 nəfər) I yer: 100% II yer: 75% III yer: 50% IV–V yer: 25% VI–X yer: 20% XI–XV yer: 15% XVI–XXV yer : 10%
6.Müxtəlif məktəbli ləvazimatları: Hər bir sinif üzrə 5 şagird (Cəmi 40 nəfər)
7. Qəbələ rayonuna bir günlük səyahət: Hər bir sinfin qalibi (cəmi 8 nəfər)
Qeyd: Səyahət valideynlərdən birinin yazılı razılığı əsasında, valideynlərdən birinin və ya şagirdin təhsil aldığı məktəbi təmsil edən məsul şəxsin (müəllimlərdən birinin) iştirakı ilə həyata keçiriləcək. Səyahətin tarixi və hərəkət qrafiki ilə bağlı qaliblərin valideynlərinə əvvəlcədən məlumat veriləcək.
Qeyd: Qalib şagirdin topladığı bal sonrakı şagirdlərlə eyni olarsa say dəyişə bilər